Azərbaycan və İran arasındakı tarixi əlaqələri, ölkələrimiz arasındakı dostluq münasisibətlərini yüksək səviyyəyə çatdırmaq üçün daha bir addım atıldı. Bir neçə gün bundan əl Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi iki ölkə rəhbərliyinin yaxşı münasibətlər qurmağa olan siyasi iradəsininümayiş etdirdi. Belə görüşlər təbii ki, Azərbaycan və İran kimi qonşu ölkələri daha da mehribanlaşdırır. Belə ki, Azərbaycan və İran prezidentləri arasındakı həmin rəsmi görüş çərçivəsində tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə tam razılığa gəliblər. Məsələn energetika sahəsində geniş imkanlarmövcuddur. Bu isə dünya energetika bazarında hər iki ölkənin yerini daha da möhkəmləndirir. Həmçinin tərəflər görüş zamanı regionda olan vəziyyəti müzakirə etdilər, biri-birlərinin milli maraqlarına hörmətlə yanaşdıqları bəyan edildi.
Azərbaycan-İran münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə hər hansı bir şübhə ola bilməz. İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşündə Azərbaycan Prezidenti demişdir ki, Hörmətli cənab Prezident, mən hesab edirəm ki, bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır.
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi isə öz çıxışında demişdir ki, cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik.
Bu həqiqətən belədir. Hər iki ölkəni ta qədim zamanlardan birləşdirən tarix, mənəvi dayaqlar mövcuddur. Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə bağlı olduğu mövcud vəziyyət vardır. Xalqlarımız əsrlər boyu bərabər yaşayıb, adət-ənənələri, tarixi telləri oxşasrdır. İran İslam Respublikası 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətləryaradılıb. Qeyd etdiyimiz kimi böyük tarixi köklərə əsaslanan münasibətlərimiz Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinəçatıb. Bu əlaqələr sonrakı tarixi məqamlarda da möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini özündə əks etdirir. Hər iki dövlətin – Azərbaycanın və İranın birgə təşəbbüsü ilə həyata keçirilən layihələr isə təkcə xalqlarımızın deyil, regionun inkişafına mühüm töhfələr verməkdə davam edir.
Azərbaycan Prezidenti qeyd etdiyi kimi, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Ölkə başçımız cənab İlham Əliyev İran Prezidenti ilə görüşündə açıq şəkildə bəyan edib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Və bundan sonra da belə olacaqdır.
Qeyd edək ki, Azərbaycan - İran tarixi əlaqələri üçün yeni səhifə açılacaqdır.
Azər BAXIŞOV,
Masallı şəhər bələdiyyəsinin sədri.