Sumqayıtda ana üç uşağını və özünü zəhərlədi

Sumqayıtda ana üç uşağını və özünü zəhərlədi
  • Hadisə / Maraqlı

  • Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

    Leqal.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

    Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

    Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

    Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşadırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər