Qardaş qardaşı ov tüfəngi ilə qətlə yetirdi

Qardaş qardaşı ov tüfəngi ilə qətlə yetirdi
  • Hadisə / Maraqlı

  • Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

    “Leqal”  APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər