Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  • Hadisə / Maraqlı

  • Oktyabrın 6-da gecə saat 01:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Etiqad Hacıyev və oğlu İ.Hacıyev şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzahir Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Leqal.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E.Hacıyev və İ.Hacıyev müəyyən olunaraq saxlanılıb.

    Hadisə nəticəsində Q.Məlikov ölüb. Araşdırma aparılır.

    03:36
    Bakıda üç nəfər bıçaqlanıb.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, 1976-ci il təvəllüdlü Qurban Məlikov, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Könül Məlikova və oğlu 2003-cü il təvəllüdlü Məzahir Məlikov Şağan qəsəbəsinin Hacı İsgəndərov küçəsində yaşadıqları evdə bıçaqlanıblar.

    Qurban Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər yaralı şəxslər xəstəxanaya çatdırılıb.

    “Report”un əldə etdiyi məlumata görə, hadisəni Məlikovar ailəsinin qonşusu və qohumu törədib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər