Tələbələrin fotolarını yayan şəxsi KMBİ saxladı

Tələbələrin fotolarını yayan şəxsi KMBİ saxladı
  • Hadisə

  • BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

    Bu haqda “Leqal”a DİN-in Mətbuat Xidmətindən bildirilib.

    Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbə sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyini iddia edirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər