Hava Limanında polisin üzərinə maşın sürən taksi sürücüsü həbs edilib

Hava Limanında polisin üzərinə maşın sürən taksi sürücüsü həbs edilib
  • Hadisə

  • Bakıda polis əməkdaşının üzərinə avtomobil sürən şəxs həbs edilib.

    "Leqal" xəbər verir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirləndirilən şəxs barəsində inzibati işə baxılıb.

    Məhkəmə materiallarına görə, Heydər Əliyev adına Beynəlxalq Aeroport ərazisində “Opel” markalı avtomobili ilə taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti göstərən sürücü polis əməkdaşlarının “saxla” tələbinə məhəl qoymayıb. O, avtomobili polis əməkdaşının üzərinə sürərək hadisə yerindən uzaqlaşıb.

    Araşdırmalar zamanı 26 yaşlı sürücü A.Məmmədovun (soy ad şərtidir) polisin qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən edilib. O, məhkəmədə izahatında avtomobilin sürüşməsi səbəbindən qorxduğunu bildirib və cərimə ilə cəzalandırılmasını xahiş edib.

    Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 sutka inzibati həbs cəzasına məhkum edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər