
Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunda yük maşınının aşması nəticəsində baş verən ağır qəzada ölən və yaralananlar olub.
"Leqal" Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 1993-cü il təvəllüdlü Cavid Hüseynov müəllim imiş.
O, sakini olduğu Alçabulaq kənd tam orta məktəbinin müəllimi olub. Ailəli idi, iki övladı var.
Qeyd edək ki, onlar Cəlilabad rayonuna dəyirmanda taxıl üyütdürməyə gedirmişlər.

