Qəzalarda həyatını itirən müəllimlərin - Fotosu

Qəzalarda həyatını itirən müəllimlərin - Fotosu
  • Hadisə / Maraqlı

  • Xəbər verdiyimiz kimi, fevralın 22-də axşam saatlarında İsmayıllıda ağır yol qəzası baş verib.

    Leqal.az xəbər verir ki, qəzada həyatını itirən 34 yaşlı Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. İsmayıllının Xanəgah kəndi ərazisində minik avtomobilinin yük avtomobilinə toqquşması nəticəsində xəsarət alan N.Bayramova dünyasını dəyişib.

    Bundan başqa fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski də xəstəxanada vəfat edib. Onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.

    Mərhum müəllimlərin fotosunu təqdim edirik:

    Fotoda: Nigar Bayramova


    Fotoda: Elmira Şıxlinski

    PAYLAŞ:

    Oxşar xəbərlər