TƏBİB-in əməkdaşı qəzada dünyasını dəyişdi

TƏBİB-in əməkdaşı qəzada dünyasını dəyişdi
  • Hadisə / Maraqlı

  • TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə vəfat edib.

    Bu barədə Leqal.az-a TƏBİB-dən bildirilib.

    Məlumata görə, S.Abdullazadə avtomobil qəzası nəticəsində ötən gün dünyasını dəyişib.

    ***

    Sosial şəbəkələrdə yayılan məlumata görə, Sevil Abdulla qızı Abdullazadə Ağstafa rayon Dağ Kəsəmən kənd sakini olub.

    O, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

    Təhsilini magistratura pilləsinin son kursunda davam etdirirmiş. Atası Abdulla Abdullayev Ağstafanın tanınan musiqiçilərindəndir.

    PAYLAŞ:

    Oxşar xəbərlər