7 ay komada qalan zabitimiz bu gün şəhid oldu

7 ay komada qalan zabitimiz bu gün şəhid oldu
  • Hadisə / Maraqlı

  • Azərbaycan Ordusunun zabiti vəfat edib.

    Leqal.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

    Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

    Allah rəhmət etsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər