Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var

Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var
  • Hadisə / Maraqlı

  • Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

    Leqal.az Report-a istinadən xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

    Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşları - Karakaş Yağmur və Karakaş Cansu, həmçinin Tərlan Fərəcov yaralanıblar.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

    Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər