Azərbaycan dünya miqyasında öz çəkisi və nüfuzu olan ölkədir

Azərbaycan dünya miqyasında öz çəkisi və nüfuzu olan ölkədir
  • Cəmiyyət

  • Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik tarixə dayanır və münasibətlər dinamik şəkildə inkişaf edir. Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin oktyabr 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycanın yürütdüyü xarici siyasətin nə qədər düzgün və balanslı olduğunun əyani şəkildə sübutudur.İlham Əliyev də Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu məsələyə diqqət çəkərək bildirmişdir ki, “Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.
                 
    Ermənistan istisna olmaqla Azərbaycanın MDB-yə üzv dövlətləri ilə həm iki tərəfli, həm də çoxtərəfli münasibətləri yüksələn xətlə inkişaf edir. “Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi və III MDB Oyunlarının Gəncə və Azərbaycanın 10-dan çox şəhərində keçirilməsi həmin münasibətlərin bariz göstəricisidir. Dövlətimizin başçısı çıxışı zamanı MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin xüsusi önəminə diqqət çəkib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olub. Şəhər ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmış, mədəni-tarixi-dini abidələrimiz məhv edilmiş yeraltı və yerüstü sərvətlərimiz talan olunmuşdu. Bir güllə atılmadan azadlığına qovuşan Laçın şəhəri bərpa olunur. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz evlərinə, tarixi yurdlarına qayıdırlar. Prezident İlham Əliyevin vurğuladığı kimi, “ Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.”
               
    İkinci Dünya Müharibəsində Sovet Azərbaycanı isə SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızında müharibəyə cəlb olunmuşdu. Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Azərbaycanlılar əlavə beş milli - 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində bütün Bakı ölkə neftinin 80%-ni, benzinin 85-90%-ni, hərbi texnika üçün yağların 96%-ni verirdi. Bakı "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edir, burada "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Ümumilikdə Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı. Eyni zamanda Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. Əlbəttə ki, Bakı ilə yanaşı o zaman SSRİ-nin tərkibində olan, hazırkı müstəqil dövlətlər də alman faşizmi ilə mübarizədə öz töhfələrini verib. Möhtərəm Prezidentimiz çıxşında bildirib ki, “9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.
                 
    Prezident İlham Əliyev, həmçinin  Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-la bağlı görülən işləri dövlət başçılarının diqqətinə çatdırıb:“Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”.
               
    Buna baxmayaraq Azərbaycanın inkişafını, onun beynəlxalq nüfuzunun artmasını, müstəqil siyasət aparmasını həzm edə bilməyən bəzi beynəlxalq təşkilatlar, siyasi dairələr var. Bu qüvvələr ölkəmizə qarşı əsassız kampaniyalar aparır, təzyiq göstərməyə çalışırlar. Ancaq hər kəs, Ermənistanın havadarları, ona reallıqdan kənar dəstək verən qüvvələr bilməlidir ki, bizim ölkəmizə heç bir qüvvə təsir göstərə bilməz. Bu gün Azərbaycan dünya miqyasında öz çəkisi və nüfuzu olan ölkədir.Bizim İlham Əliyev kimi Prezidentimiz var. Möhtərəm Prezidentimizin ətrafında sıx birləşən xalqımız var.Allah Ali Baş Komandanımızı  və xalqımızı qorusun.




    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru



    PAYLAŞ:

    Oxşar xəbərlər