Nərimanov rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
LEQAL.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 3-də saat 14:00 radələrində Nərimanov rayonu ərazisindəki mağazaların birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən həmin mağazadan 1500 manat dəyərində 4 ədəd kompüter oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və Z.Musayev saxlanılaraq 18-ci polis şöbəsinə təhvil veriliblər.
Faktla bağlı təhqiqat davam etdirilir.