Türkiyədə son sutkada koronavirusdan 182 nəfər ölüb. Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 345 754 nəfərin test edildiyi, 17 956 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 648 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə biri İstanbulda, beşi İzmirdə olmaqla 6 nəfərdə COVID-19-un "omikron" ştamı aşkar edilib. F.Qoca əhaliyə müraciət edərək, bundan qorxmamalarını tövsiyə edib və COVID-19-a qarşı peyvənd olunmanı tamamlamağın vacibliyini bildirib.
Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 655 651 peyvənd tətbiq edilib ki, bunun 91,05 faizi birinci, 82,03 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.