Türkiyədə koronavirusun yeni ştammı “Omikron” yoluxma qeydə alınıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Türkiyəli nazir bildirib ki, bu günə qədər biri İstanbul, beşi İzmirdə olmaqla altı nəfərdə “Omikron” ştamı aşkar edilib.
“Yoluxanlar xəstəliyi yüngül keçirib. Onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb” - deyə Fəxrəddin Qoca vurğulayıb.
Mənbə: “Hurriyet”