Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.
Hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində naməlum şəraitdə kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır./virtual.org
LEQAL.AZ