Zabratda üç nəfər bıçaqlanıb

Zabratda üç nəfər bıçaqlanıb
  • Hadisə

  • Bu gecə Bakının Sabunçu rayonunda üç nəfər bıçaq xəsarəti alıb.

    LEQAL.AZ  “report”a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2003-cü il təvəllüdlü Soltanov Fərhad Elşad oğlu və 2005-ci il təvəllüdlü Həsənli Tural Zəfər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

    Hər iki şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    F. Soltanova sol saidin kəsilmiş-deşilmiş yarası, T. Həsənliyə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Eyni zamanda, 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğlu da bıçaqlanıb.

    Hadisənin təfərrüatları araşdırılır.

    01:25

    Bakıda xəsarətlə nəticələnən insident baş verib.

    “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, Zabrat qəsəbəsində 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğluna tanıdığı şəxs iti alətlə xəsarət yetirib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər