Bakıdan Qusara istirahətə gedən yeniyetmə oğlan dağdan yıxılıb öldü

Bakıdan Qusara istirahətə gedən yeniyetmə oğlan dağdan yıxılıb öldü
  • Hadisə

  • Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb. Hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

    Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər