İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektinin 20 km yaxınlığında partlayış baş verib.
"Leqal"ın məlumatına görə, bunu İranın İsfahan vilayəti Nətənz rayonu qubernatoru Ramazanəli Firdovsi deyib.
R.Firdovsinin sözlərinə görə, hadisəyə səbəb müdafiə sisteminin işə düşməsi və atəş açması olub.
Firdovsi əlavə edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./trend