Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Hadisə bu gün rayonun Sabirabad kəndində qeydə alınıb.
Belə ki, həmkəndlilər Heydərov Akif Kərəm oğlu və Əliyev Vüsal Möhübbət oğlu mübahisə ediblər.
Nəticədə Heydərov Akif sonuncunu bıçaqla qətlə yetirib.
Məlumata görə, A.Heydərov bıçaqlanmaya görə həbsdə olub və yenicə azadlığa çıxıb. O, hadisəni törədən zaman içkili olub. Faktla bağlı araşdırmalar davam etdirilir.