“Aztelecom”dan oğurluq edildi

“Aztelecom”dan oğurluq edildi
  • Hadisə

  • “Aztelecom” MMC-də oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zəylik, Alunitdağ və Kəmərqaya kəndləri ərazisindən “Aztelecom” MMC-yə məxsus rabitə naqillərini oğurlamaqda şübhəli bilinən Daşkəsən şəhər sakinləri R.Əlizadə və S.Abbasova müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər