İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz
  • Cəmiyyət

  • Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 30-dək 4 şəhər, 3 qəsəbə və 184 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 72 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 42 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 17 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

    LEQAL.AZ düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:

    27 sentyabr

    Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
    Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
    Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     
    3 oktyabr

    Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
    Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
    Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

    4 oktyabr

    Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

    5 oktyabr

    Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

    9 oktyabr

    Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
    Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 
    Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
    Tərtər rayonunun Çaylı kəndi

    14 oktyabr

    Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
    Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

    15 oktyabr

    Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
    Füzuli rayonunun Arış kəndi
    Cəbrayıl rayonunun Doşulu kəndi
     
    16 oktyabr

    Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

    17 oktyabr

    Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     
    18 oktyabr

    Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     
    19 oktyabr

    Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     
    20 oktyabr

    Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
    Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
    Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
    Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

    21 oktyabr

    Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
    Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
    Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

    22 oktyabr

    Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
    Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
    Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

    23 oktyabr

    Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
    Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
    Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
    Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     
    25-26 oktyabr

    Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
    Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
    Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

    28 oktyabr

    Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
    Füzuli rayonunun Mandılı kəndi
    Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
    Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

    30 oktyabr

    Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
    Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
    Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
    PAYLAŞ:

    Oxşar xəbərlər