Dünən Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanılan 5 nəfər məhkəməyə çıxarılıb.
"Leqal" qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən beş ictimai fəaldan İlham Hüseyn 30 sutka, Elçin Teymurov 25 sutka, Elxan Əliyev 20 sutka, Səyyad Quliyev 15 sutka, Rüstəm İsmayılbəyli 30 sutka müddətinə həbs edilib.