Bakıdakı gecə barında qətl törədən kriminal ünsür məhkəmə önündə

Bakıdakı gecə barında qətl törədən kriminal ünsür məhkəmə önündə
  • Hadisə

  • İnterpol xətti ilə axtarışda olan, qəsdən adam öldürməkdə ittiham edilən Bərdə rayon sakini, 31 yaşlı İbrahim Muxtarovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. virtualaz.org-un xəbərinə görə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məlum olub ki, Bakı İdman Akademiyasını bitirən Muxtarov əvvəllər xuliqanlığa görə məhkumluq həyatı yaşayıb.

    Zərərçəkmişin hüquqi varisi  Mətanət Əliyeva məhkəmədən söz istəyib. Hakim hazırda hazırlıq iclası olduğunu, təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirildiyini, məhkəmə istintaqı zamanı kifayət qədər söz veriləcəyini bildirib.

    Zərərçəkmiş " Bu insan dəfələrlə cinayət törədib. Günahsız bir insanın qatilidir. Yeddi ildir bu günü gözləyirəm. Ona ən ağır cəza verilməzsə buradan heç yana gedən deyiləm. Ədalətə inandığım üçün buradayam" deyib. Məhkəmənin hazırlıq iclası dekabrın 6-da davam edəcək.

    Qeyd edək ki, Muxtarov 2014-cü ildə paytaxtdakı  gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunur. O, kriminal aləmin üzvü olub./virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər