Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib

Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
  • Hadisə

  • Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.

    Bu barədə “Leqal” hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

    Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

    Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

    Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
    PAYLAŞ:

    Oxşar xəbərlər