Hələ ki, 52 nəfərin öldüyü təsdiqlənən Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” mədənindəki qəzadan sonra bəzi şaxtaçının taleyi məlum deyil.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirlib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, bu gün adıçəkilən mədəndə tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u yer üzünə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib.
İnsidentlə bağlı vilayətdə üç günlük matəm elan edilib.
Mənbə: “RİA Novosti”