Bakıda ölüm hadisəsi qeydə alınıb.
"Leqal" Bakupost-a istinadən xəbər verir ki, hadisə noyabrın 24-ü saat 11:30 radələrində S. Hümmətov küçəsi ev 23-də baş verib.
Vəfa Sarəddin adlı şəxsin evində usta işləyən Türkiyə vətəndaşı 1962-ci il təvəllüdlü Barikan Hamil ürək çatışmazlığından ölüb.
Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.