Tovuzda itkin düşən aşığın meyiti tapıldı

Tovuzda itkin düşən aşığın meyiti tapıldı
  • Hadisə

  • Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

    "Leqal"ın məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

    Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.

    Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.apa
    PAYLAŞ:

    Oxşar xəbərlər