Bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Leqal"a verilən məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.
Qeyd edilib ki, bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.