Gəncə şəhərində yaşayan Vətən müharibəsi şəhidi Elməddin Namazovun vaxtı ilə yaşadığı mənzildə partlayış baş verib.
Hadisə şəhidin ildönümündə Yeni İrəvan qəsəbəsində qeydə alınıb.
Leqal.az xəbər verir ki, hadisə barədə Fazilə Namazova məlumat verib.
Qadının sözlərinə görə, hadisə nəticəsində qızları Xatun və Təhminə Namazovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Hazırda vəziyyətləri normaldır. Dedilər, hadisə hamamdakı qızdırıcı cihazdan baş verib. Hamam dağılıb, məişət əşyalarım yararsız hala düşüb”, - deyə F.Namazova bildirib./oxu.az