"Şkoda"nın sürücüsü elektrik dirəyinə çırpıldı, bir kənd işıqsız qaldı

"Şkoda"nın sürücüsü elektrik dirəyinə çırpıldı, bir kənd işıqsız qaldı
  • Hadisə

  • Oğuzda minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə saat 20 radələrində rayonun Muxas kəndində baş verib.

    "Şkoda" markalı 90 MS 727 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirilməsi səbəbindən yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan iki sərnişin, Sumqayıt şəhər sakinləri - 1984-cü il təvəllüdlü Aygün Sakit qızı Alməmmədova və 1993-cü il təvəllüdlü Rüfanə Laçın qızı Alməmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Qəzadan sonra elektrik dirəyi yararsız hala düşüb, naqillər qırılıb. Muxas kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda Oğuz rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları qəzanın aradan qaldırılması istiqamətində iş aparırlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər