Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib

Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
  • Hadisə

  • "İmişlidə 11 yaşlı qızla bağlı baş vermiş hadisə Azərbaycanın milli-əxlaqi dəyərlərinə ziddir".

    Bunu Leqal.az-a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

    O qeyd edib ki, bütün cəmiyyət 11 yaşlı qızla bağlı baş verən hadisəni qınayır: "Bu və buna oxşar digər məsələləri daim nəzarətdə saxlayırıq, aidiyyətı dövlət qurumları da ciddi tədbirlər görüb. Bizim işimiz Bakı və regionlarda əhalinin maarifləndirmə işinin gücləndirilməsidir. Nə qədər maarifləndirmə güclü aparılsa, bu işin o qədər effektiv olacağını görəcəyik".

    Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

    11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Körpə xəstəxanada dünyasını dəyişib.
    PAYLAŞ:

    Oxşar xəbərlər