Bakıda evdə partlayış olub.
Leqal.az report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.
Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlama baş verib. Nəticədə mənzildə kirayəşin kimi yaşanmış Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıb. Onlar təcili yardım vasitəsi ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Yaralananlardan E.Əliyevin vəziyyəti normaldır, G.Adıgözəlovanın vəziyyəti ağırdır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
İlkin baxış eskimilikdə sahəsi 80 kv/m. olan ev 3 otaq və 1 mətbəxtdən ibarətdir. Partlayış nəticəsində evin bütün otaqları yanıb.
Partlaşın baş vermə səbəbi araştırılır.