Xakasiya Respublikasının Ust-Abakan bölgəsində doqquz yaşlı oğlan başqa uşağı yanına dəvət edib, bundan sonra oyun zamanı təsadüfən onun başından güllələyib.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Müstəntiqlər müəyyən ediblər ki, doqquz yaşlı məktəbli qonşunun uşağı ilə atasının emalatxanasında oynayıb. Burada atasının pnevmatik tüfəngi ona maraqlı gəlib və silahı divardan götürüb. Bu zaman tüfəngdən atəş açılıb və güllə qonşu uşağın başına dəyib.
Yaralı xəstəxanaya aparılıb, ancaq uzunmüddətli müalicəyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Atəş açan məktəblinin atasına qarşı “ehtiyatsızlıqdan uşağın sağlamlığına ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Hazırda bu maddənin “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsinə yenidən kvalifikasiya edilməsi məsələsinə baxılır.