Bakıda intihar hadisəsi baş verib.
Leqal.az “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın 28 may küçəsi-10 ünvanında yerləşən binada qeydə alınıb.
1986-cı il təvəllüldü Nigar Məmmədova özünü asaraq intihar edib.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib. Meyit aidiyyəti üzrə morqa aparılıb. Faktla bağlı araşdırma aparılır.