İranda Mərkəzi Bankının sabiq rəhbəri 10 il həbs cəzası aldı

İranda Mərkəzi Bankının sabiq rəhbəri 10 il həbs cəzası aldı
  • Hadisə

  • İranda Mərkəzi Bankının sabiq rəhbəri Vəliyullah Seif korrupsiyada ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Bu barədə İran Ali Məhkəmənin rəsmi nümayəndəsi Zəbiyullah Xudaian məlumat verib.

    Qeyd olunur ki, Mərkəzi Bankının sabiq rəhbəri 159,8 milyon ABŞ dolları və 20,5 milyon avro məbləğində vəsaitin qanunsuz olaraq dövriyyədən çıxarılmasında təqsirli bilinib.

    Bununla yanaşı, məhkəmə İran Mərkəzi Bankın sabiq sədr müavini Seyid Əhməd Araqçını da valyuta vəsaitlərilə bağlı qanunsuz əməliyyatlara görə səkkiz il azadlıqdan məhrum edib./oxu.az

    Mənbə: İRNA
    PAYLAŞ:

    Oxşar xəbərlər