Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakinindən iki kiloqrama yaxın tiryək götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakinindən iki kiloqrama yaxın tiryək götürülüb
  • Hadisə

  • Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.

    LEQAL.AZ xəbər verir ki, Sabunçu rayonu ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini R.İbrahimov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan 104 qramdan çox heroin və 2 kiloqrama yaxın tiryək aşkarlanaraq götürülüb.

    Faktla bağlı təhqiqat aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər