Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub.
LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Əl Arabiya telekanalı məlumat verib.
Bilidirlir ki, baza ölkənin şimal-şərqində Deyr əz-Zor əyalətindəki "Əl Ömər" neft yatağı yaxınlığında yerləşir. Raket hücumu zamanı baza ərazisinə ən azı iki reaktiv mərmi düşüb.
Amerikan hərbçiləri arasında itkilər barədə dəqiq məlumat verilməyib.