Paraqvay prezidentinin baldızının ailəsi Floridada çökən binanın dağıntıları altında qalıb

Paraqvay prezidentinin baldızının ailəsi Floridada çökən binanın dağıntıları altında qalıb
  • Dünya

  • Paraqvay prezidenti Mario Abdo Benitesanın baldızının ailəsi Mayamidə çökən binanın dağıntılar altında qalıb. Bu səbəbdən ölkənin birinci xanımı Silvana Lopes Moreyra de Abde Floridaya yollanacaq.

    Bu barədə “La Nacion” xəbər yayıb.

    Bildirilir ki, qadının, ərinin və üç uşağının taleyi bardə heç bir məlumat yoxdur.

    Xatırladaq ki, Florida ştatında, Mayami-Deyd dairəsində 12 mərtəbəli bir bina qismən çöküb. Hadisə nəticəsində azı üç nəfər ölüb, doqquz nəfər yaralanıb. Hazırda təxminən 40 nəfər xilas edilib, azı 99 nəfərin isə dağıntılar altında qaldığı düşünülür.

    Tragedia en Miami: Así se derrumbó un edificio residencial
    buscan a personas atrapadas
    Tenemos todos los detalles desde el lugar en @infobaeamerica https://t.co/kdyS2Ej32W pic.twitter.com/18j003aUoK

    — OPY (@OpyMorales) June 24, 2021

    PAYLAŞ:

    Oxşar xəbərlər