Qəzza sektorunda azı 227 nəfər İsrailin Müdafiə Ordusunun zərbələri nəticəsində həlak olub.
LEQAL.AZ xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bildirib.
Qəzzanın Səhiyyə İdarəsinin məlumatına görə, həlak olanlar arasında 64 uşaq və 38 qadın var.
İsraildə isə, son məlumatlara görə, qarşı tərəfdən endirilən zərbələr nəticəsində 12 nəfər həlak olub. Onlardan 2-si uşaqdır.
Eyni zamanda İsrail mediası ordu mənbələrinə istinadən bildirib ki, hakimiyyət hərbi əməliyyatların dayandırılması üçün vaxtın gəlib-gəlmədiyini müzakirə edir.
İsrail və Qəzza sektoru sərhədində vəziyyət artıq ikinci həftədir gərgin olaraq qalır./report/