Gürcüstanda pilotsuz uçuş aparatları istehsal olunacaq.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.
Onun sözlərinə görə, "Delta" hərbi elmi-texniki mərkəzdə istehsal olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək.
Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını təşkil edəcək.