Tacikistan-Qırğızıstan sərhədindəki münaqişədə ölənlərin sayı 55-ə çatdı

Tacikistan-Qırğızıstan sərhədindəki münaqişədə ölənlərin sayı 55-ə çatdı
  • Dünya

  • Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş vermiş münaqişə nəticəsində ölkənin 36 vətəndaşının həlak olduğunu bildirib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Məlumatda qeyd edilir ki, ölənlərin 3-ü hərbi qulluqçudur. Münaqişə zamanı daha 183 nəfər xəsarət alıb.

    Eyni zamanda Tacikistan mətbuatı da münaqişə nəticəsində ölkənin 19 vətəndaşının həlak olduğunu, 88 nəfərin xəsarət aldığını bildirib. Bildirilir ki, həlak olanlardan 9-u hərbi qulluqçudur.

    Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev daha əvvəl bildirib ki, iki ölkə mayın 9-a qədər 112 kilometrlik ümumi sərhəd xəttini çəkəcək. Onun sözlərinə görə, sərhədin bir neçə mübahisəli məntəqəsi razılaşdırılıb.

    İki ölkənin prezidentləri yaxın vaxtlarda görüşəcək və razılaşmanı imzalayacaqlar, bundan sonra demarkasiya keçiriləcək.

    Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 970 kilometrdən çoxdur. Bu məsafənin 504 kilometri demarkasiya edilib./report/
    PAYLAŞ:

    Oxşar xəbərlər