Kolumbiyanın paytaxtı Boqotanın Səhiyyə Nazirliyi vergi islahatına qarşı etirazlar fonunda COVID-19-a qarşı diaqnostika və vaksinləmə məntəqələrinin işini dayandırıb.
LEQAL.AZ “report”a istinadən xəbər verir ki, bu barədə şəhərin səhiyyə naziri Alexandro Qomes özünün tvitterdəki səhifəsində bildirib.
"Kədər hissi ilə COVID-19 diaqnostikası məntəqələrini, həmçinin vaksinləmə məntəqələrini bağlamağa göstəriş verdim. Cari şərtlər iş gününü davam etdirməyə imkan vermir", - nazir yazıb.
Boqota hökumətinin qərarı şəhər sərnişin nəqliyyatının işinin dayanmasından sonra qəbul edilib. Belə ki, çərşənbə günü etirazların gedişatında nümayişçilər şəhər yollarının əhəmiyyətli hissəsini bloklayıblar.