Pakistanın Xarici İşlər Nazirliyinin başçısı Mahmud Kureyşi 1915-ci il hadisələrinə görə Türkiyənin mövqeyini dəstəkləyib.
LEQAL.AZ xəbər verir ki, “report” “Anadolu” agenliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu barədə diplomat türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə söhbətinin gedişatında ABŞ prezidentinın qondarma soyqırımla bağlı bəyanatını şərh edərkən deyib.
Pakistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zahid Hafiz Çavdri öz növbəsində bildirib ki, rəsmi İslamabadın fikrincə, birtərəfli yanaşmalar və tarixi hadisələrin siyasi kateqorizasiyası ölkələrin arasında etibarı məhv edə və qütbləşməyə gətirib çıxara bilər.
Çavdrinin sözlərinə görə, Pakistan Türkiyə tərəfinin 1915-ci ili hadisələri üzrə birgə araşdırma komissiyasının yaradılması haqqında təklifi də daxil olmaqla, rəsmi Ankaranın bu məsələ üzrə konstruktiv mövqeyini dəstəkləyir.