Dünyada ümumilikdə 139 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, dünya üzrə koronavirus səbəbindən ölənlərin sayı 3 milyonu keçib.
Həmçinin vurğulanıb ki, “COVID-19”la bağlı son iki ayın statistikasına diqqət etsək, təxminən iki qat artım müşahidə edilir.
Məlumat üçün bildirək ki, “The Lancet Respirator Medicine” elmi jurnalında dərc edilən məlumata görə, gənclər arasında yoluxma riski yenidən gündəmə gəlib.