Qırğızıstanda koronavirusa yoluxanların sayı 57 minə çatıb

Qırğızıstanda koronavirusa yoluxanların sayı 57 minə çatıb
  • Dünya

  • Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı yenidən kəskin surətdə artıb. Dünən yoluxma sayı 420 nəfər olmuşdursa, bu gün bu rəqəm 568-ə çatıb və pandemiya dövründə koronaviruslu xəstələrin ümumi sayı 56 min 738 nəfərə çatıb.
    LEQAL.AZ azərtac-a istinadla xəbər verir ki, son sutkada 380, ümumiyyətlə isə 48 min 223 xəstə sağalıb.
    Son gündə koronavirusdan 2 nəfər dünyasını dəyişib və ölənlərin sayı 1136-ya çatıb.
    Qeyd olunur ki, xəstəxanalarda 3 min 398, ev şəraitində 3 min 454 xəstə var.
    Son 24 saat ərzində 9, infeksiya dövründə isə 3 min 597 tibb işçisi virusa yoluxub, onların 3 min 290-ı sağalıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər