Ukraynanın keçmiş prezidenti Petro Poroşenko parlament fraksiyalarının razılaşma şurasında millət vəkillərinin qarşısına yeni görkəmdə çıxıb.
Bu barədə LEQAL.AZ “Strana” nəşrinə istinadən xəbər verir.
Məqalədə qeyd olunub ki, keçmiş Ukrayna lideri stilini dəyişdirib. Millət vəkilinin “Louis Vuitton”dan qiyməti 875 ABŞ dolları olan ayaqqabısı diqqəti çəkib.
Mütəxəssislərə görə, Poroşenko plastik əməliyyat da etdirib./report