İki həftəlik Pasxa tətilindən sonra Almaniya məktəbləri öz qapılarını yenidən şagirdlərin üzünə açır.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, şagirdlər “alternativ siniflər”də dərslərə başlayacaq. İnfeksiya riskinin davam etməsi səbəbindən şagirdlər məktəbə növbəli qaydada gələcəklər. Belə dərs üsulu ilk dəfə olaraq keçən il sınaqdan keçirilib.
Dərslər şagirdlərin sayı iki dəfə azaldılmış siniflərdə keçiriləcək. Sinfin bir hissəsi dərsləri məktəbdə keçəcək. Digər hissəsi isə, dərslərə distant üsulu ilə, evdən qoşulacaq. Daha sonra onlar, bir-biri ilə yerlərini dəyişəcəklər.
Bundan əlavə, bu gündən etibarən hər bir yuxarı sinif şagirdi koronavirusa görə mütləq həftədə iki ekspress testdən keçməlidir. Testlərin məktəbdə götürüləcəyi bildirilir.