Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə “El Universal” nəşri məlumat yayıb.
Qeyd edilib ki, sərnişinlərdən 13 nəfəri müxtəlif dərəcəli bədən xasarətləri alıb.
***
21:10
Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.
Bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin rəhbəri Enrike Klausen “Twitter” səhifəsində bildirib.
Hadisə Kaborka - Sonoyota şəhərləri arasındakı magistral yolda baş verib.
Qəza yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.
Qəzanın başvermə səbəbi açıqlanmayıb.