Radikal islamçılar Mozambikdə şəhəri ələ keçirdilər

Radikal islamçılar Mozambikdə şəhəri ələ keçirdilər
  • Dünya

  • Mozambikin Tanzaniya ilə sərhəddə yerləşən Palma liman şəhəri radikal islamçıların nəzarəti altındadır.

    LEQAL.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən “Agence France-Presse” (AFP) şənbə günü bildirib.

    "Hökumət qüvvələri Palmadan çıxarılıb, şəhərə silahlı islamçı qruplar nəzarət edir", - mənbə agentliyə bildirib. Bu halda o əlavə edib ki, Palma ərazisində döyüş əməliyyatları davam edir.

    Cənubi Afrikanın “Sunday Times” qəzeti isə xəbər verib ki, sayları 100 nəfər olan silahlılar Palmaya martın 24-də gecə saatlarında daxil olub. Yaxşı silahlanmış radikal islamçılar ordu kazarmalarına və hökumət binalarına hücüm ediblər. Hərbi hissə xeyli sayda itki verib. Məlumata görə, silahlılar sonrakı günlərdə xeyli sayda insanı öldürüblər. "Bütün şəhər çimərliyi həlak olanların meyitləri ilə doludur", - hadisə şahidi qəzetə bildirib.

    Palma və onun ətrafında təxminən 50 min insan yaşayır. Onlardan bir çoxu qayıqlarla Mozambikin cənubuna və Tanzaniyaya qaçıblar.(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər